İran və ərəb ölkələrində aksiyalar keçirilir
İranda Fələstin xalqına dəstək üçün “Qüds günü” münasibətilə İsrail əleyhinə kütləvi nümayişlər keçirilir.
8 İyun 2018 14:18 Dünyaİranda Fələstin xalqına dəstək üçün "Qüds günü" münasibətilə İsrail əleyhinə kütləvi nümayişlər keçirilir.
Agentliyin məlumatına görə, bu il nümayişlər "Müqavimət cəbhəsinin qələbəsi, ABŞ və İsrailin düşmənçilik fəaliyyətlərinin məğlub olması, Fələstinin qaytarılması" şüarı altında keçirilir.
Xatırladaq ki, "Qüds günü" 1979-cu ildən hər il Ramazan ayının sonuncu cümə günü qeyd olunur. Bu gün ərəb ölkələrində də fələstinlilərə dəstək xarakterli aksiyalar keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31