Dünyanın ən böyük süni mərcan rifi yaradılacaq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra əmirliyinin sahillərində dünyanın ən böyük süni mərcan rifi yaradılacaq.
8 İyun 2018 14:06 DünyaBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra əmirliyinin sahillərində dünyanın ən böyük süni mərcan rifi yaradılacaq.
Bu layihə BƏƏ-nin Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Süni yolla yaradılan rif layihəsi dəniz flora və faunasının qorunması, balıq populyasiyasının artırılması, eləcə də turizmin inkişafı məqsədi daşıyır.
Hələlik mərcan rifinin dəqiq yeri məlum olmasa da, onun sahildən təxminən 2 kilometr aralıda yerləşəcəyi bildirilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31