Türkiyə kosmosa insan göndərəcək
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, kosmik tədqiqatları daha da inkişaf etdirmək niyyətindədir.
8 İyun 2018 13:37 DünyaTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, kosmik tədqiqatları daha da inkişaf etdirmək niyyətindədir.
Qardaş Türkiyə kosmosa kosmonavt göndərmək niyyətindədir.
"Hazırda biz kosmik tədqiqatla bağlı işlər aparırıq. İlk növbədə kosmosa peyk göndərəcəyik. Bu proses başladığı üçün gənclərimizlə kosmosa kosmonavt göndərmə nöqtəsinə də çatacağıq", - deyə Ərdoğan Ankarada gənclər təşkilatı ilə görüşündə bildirib.
Qeyd edək ki, Türkiyənin "Göktürk-1" kəşfiyyat peyki 2016-cı ilin dekabrında Fransadan kosmosa göndərilib. 261.5 milyon dollar qiyməti olan peyk İtaliyada istehsal edilib. Peyk 7 il xidmət göstərəcək.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31