Argentinanın xarici işlər naziri İsraillə oyunun ləğv edilməsinin əsas səbəbini açıqlayıb
İsrail və Argentina yığmaları arasındakı yoldaşlıq görüşü təhdidə görə ləğv olunmayıb.
8 İyun 2018 12:55 Dünyaİsrail və Argentina yığmaları arasındakı yoldaşlıq görüşü təhdidə görə ləğv olunmayıb.
Bu barədə Argentinanın xarici işlər naziri Xorxe Fori açıqlama verib. O, qarşılaşmanın Qüdsdə keçirilməsinin oyunun təxirə salınmasının əsas səbəbi olduğunu deyib. Fori yığmanın nazirliyin tövsiyələrinə qulaq asdığını vurğulayıb.
Xarici İşlər Nazirliyi ABŞ-ın İsraildəki səfirliyinin köçürülməsindən sonra yaranan gərgin vəziyyətə görə, matçın Qüdsdə oynanılmamasını tövsiyə edib.
Əvvəl isə bildirilirdi ki, oyunun ləğv olunmasına səbəb fələstinli fəallar tərəfindən oyunçular və onların ailələrinə təzyiq olunmasıdır.
Qeyd edək ki, Argentina Futbol Federasiyası iyunun 9-da nəzərdə tutulmuş matçın keçirilməməsinə yığmanın baş məşqçisi Xorxe Sampaoli və futbolçu Lieonel Messinin təhdidlərlə üzləşməsini göstərib.
"Report"