Romada mindən çox insan metrodan təxliyyə edilib

İtaliya paytaxtı Romada, təqribən, 1,5 min nəfər metrodan təxliyyə edilib.

İtaliya paytaxtı Romada, təqribən, 1,5 min nəfər metrodan təxliyyə edilib.

Buna texniki qəza səbəb olub.

Hadisə Roma metrosunun B xəttindəki stansiyalarından biri olan "Polikliniko"da yaşanıb. Eyni zamanda, başqa bir neçə stansiya da enerjisiz qalıb və bağlanıb.

"Rai News24" teıekanalının məlumatına görə, elektrik xətlərindən birində baş verən qəza tüstülənməyə səbəb olub.

Hadisə yerində yanğınsöndürənlər, polis və tibb işçiləri işləyirlər. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31