Ərdoğanla şəklin əzabı: növbəti təhdid gəldi
"Məsud Özil və İlkay Gündoğanın alman dövlətinə bağlılıqlarını dilə gətirib, meydana çıxan görüntünü düzəltmələri onlar üçün çox yaxşı olar". Bu sözləri Almaniya Prezidenti Frank Valter-Ştaynmayer türk əsilli futbolçuların Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə münasibət bildirərkən deyib.
8 İyun 2018 12:34 Dünya"Məsud Özil və İlkay Gündoğanın alman dövlətinə bağlılıqlarını dilə gətirib, meydana çıxan görüntünü düzəltmələri onlar üçün çox yaxşı olar".
Bu sözləri Almaniya Prezidenti Frank Valter-Ştaynmayer türk əsilli futbolçuların Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə münasibət bildirərkən deyib.
"Almaniya millisinin futbolçuları İlkay və Məsudla körpü qurulmalıdır. Çıxış yolu tapılmasına kömək edilməlidir", - prezident bildirib.
Almaniya prezidenti ulduz futbolçularla görüşdükdən sonra Feysbuk hesabına 50 mindən çox etiraz məktubu ünvanlandığını qeyd edib.