Rusiya Ukraynanın daha bir şəhərini ələ keçirir

Ukrayna Radasının deputatları Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinova Odessa şəhəri üzərində nəzarətin gücləndirilməsi üçün tədbirlər görməsinə dair müraciət ediblər.

Ukrayna Radasının deputatları Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinova Odessa şəhəri üzərində nəzarətin gücləndirilməsi üçün tədbirlər görməsinə dair müraciət ediblər.

Bu barədə məlumatı öz Feysbuk səhifəsində ukraynalı deputat İqor Lutsenko paylaşıb.

"Odessada antirusiya aktivistlərinə qarşı "terror" görünməz miqyasda güclənib. Ukrayna Odessanı itirməyə başlayır. Burada da Donbas ssenarisi hazırlanır. Bizim şəhər üzərində nəzarəti itirməyimiz milli maraqlarımıza təhdid yaradır", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31