Makron: "Tramp olmasa da olar, biz imzalayarıq"

Kanadanın Kvebek əyalətində keçiriləcək sammitdə G7 ölkələri ABŞ olmadan da müqavilə imzalaya bilər. Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. Makronun sözlərinə görə, sammiti Donald Tramp olmadan da yola vermək olar.

Kanadanın Kvebek əyalətində keçiriləcək sammitdə G7 ölkələri ABŞ olmadan da müqavilə imzalaya bilər.

Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. Makronun sözlərinə görə, sammiti Donald Tramp olmadan da yola vermək olar.

"ABŞ prezidenti təcrid olunmaya qarşı olmaya bilər, ancaq biz də 6 ölkə arasında müqavilə imzalanmasına qarşı deyilik. Qalan 6 ölkə zəngin tarixə malik iqtisadi bazar təşkil edir və indi bu, real beynəlxalq güc halına gəlib", - Makron bildirib.

Xatırladaq ki, Tramp administrasiyasının 1 iyundan bəzi metallara vergi tətbiq etməsi Fransa da daxil olmaqla, Avropa Birliyi ölkələrinin narazılığına səbəb olub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31