Putin Pekinə getdi
8 İyun 2018 11:44 DünyaRusiya Prezidenti Vladimir Putin Pekinə gedib.
Putin Pekində Çin lideri Si Szinpinlə görüşəcək.
Səfər zamanı tərəflər arasında ticarət, energetika, kosmos və digər istiqamətlərdə müqavilələr imzalanması gözlənilir. Putinin həmçinin Çin Dövlət Şurasının Baş naziri Li Ketsyanla da görüşü planlaşdırılır.
Qeyd edək ki, Putin Çinin Çindao şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının da iclasına qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31