Türkiyə “Tamil Pələngləri taktikası”na hazırlaşır

Türkiyə Silahlı Qüvvələri Qəndil əməliyyatında Şri-Lankanın “Tamil Pələngləri” terror qruplaşmasına qarşı tətbiq etdiyi strategiyaya bənzər bir taktika həyata keçirir. Bu taktika ilə Türkiyə PKK-nı mühasirəyə alaraq beşiyində boğmağı planlaşdırır.

Türkiyə Silahlı Qüvvələri Qəndil əməliyyatında Şri-Lankanın "Tamil Pələngləri" terror qruplaşmasına qarşı tətbiq etdiyi strategiyaya bənzər bir taktika həyata keçirir.

Bu taktika ilə Türkiyə PKK-nı mühasirəyə alaraq beşiyində boğmağı planlaşdırır.

Türkiyə sərhədindən kənarda yaradılacaq tampon bölgə ilə terrorçuların əlaqələri kəsiləcək və Türkiyəyə keçidlərin qarşısı alınacaq. Bununla da istənilən terror təhdidi Türkiyə sərhədlərindən kənarda aradan qaldırılacaq.

Ağır itki verən PKK yeni qüvvələr cəlb edə bilmədikcə Qəndildə sıxılıb qalacaq. Ankara da bundan istifadə edərək, xüsusən, qruplaşmanın mərkəzi istiqamətində təzyiq göstərməyə davam edəcək.

Sərhəddən kənarda yaradılan tampon bölgə ilə Qəndilin artıq təhlükəsiz olmadığı terrorçulara hiss etdiriləcək. Qəndildəki istənilən hərəkətliliyə qəfil bombardmanlarla müdaxilə ediləcək. Qruplaşmanın liderləri hədəf seçilərək tək-tək zərərsizləşdiriləcək.

Xatırladaq ki, əsası 1976-cı ildə qoyulan "Tamil Pələngləri" 2009-cu ildə darmadağın edilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31