Tramp Kim Çen Inı Ağ Evə dəvət edəcək

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla baş tutacaq görüşün uğurlu olacağına ümid edir. İyunun 12-də keçiriləcək danışıqların yekunlarına dair D.Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir.   Bunu D.Tramp jurnalistin Kim Çen Inın görüş zamanı ABŞ-a dəvət edilib-edilməyəcəyinə dair sualına cavabında bildirib.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla baş tutacaq görüşün uğurlu olacağına ümid edir. İyunun 12-də keçiriləcək danışıqların yekunlarına dair D.Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir.  

Bunu D.Tramp jurnalistin Kim Çen Inın görüş zamanı ABŞ-a dəvət edilib-edilməyəcəyinə dair sualına cavabında bildirib.

"Sualınızın ikinci hissəsinə cavab "bəli"dir, amma danışıqlar yaxşı keçərsə. Düşünürəm, danışıqlar yaxşı keçə bilər", - deyə Tramp cavabında bildirib.

O əlavə edib ki, Kim Çen In ABŞ-a səfər edərsə, danışıqlar Ağ Evdə aparılacaq.

Qeyd edək ki, ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçiriləcək.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31