Naməlum şəxs avtomobillə ABŞ səfirliyinə daxil olmağa çalışıb

Cənubi Koreyanın paytaxtı Seulda naməlum şəxs avtomobillə ABŞ səfirliyinə daxil olmağa çalışıb.

Cənubi Koreyanın paytaxtı Seulda naməlum şəxs avtomobillə ABŞ səfirliyinə daxil olmağa çalışıb.

Avtomobil qəfil dönərək səfirliyin darvazasının qarşısında maneələrə çırpılıb.

Polis əməkdaşları sükan arxasında olan 48 yaşlı şəxsi saxlayıb. Qeyd olunur ki, o, avtomobildən çıxaraq "Help me" (Mənə kömək edin) deyə qışqırıb. Daha sonra o, polisə bildirib ki, ABŞ-a miqrasiya etmək istəyir.

Hadisə zamanı avtomobildə daha bir qadın olub. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31