Paşinyanla Çarukyanın qubernator davası: iki təyinat

Ermənistan hökumətində yenidən gərginlik yaranıb. Bu barədə məlumatı “Jamanak” qəzeti yayıb. Qəzetin iddiasına görə, gərginliyə əsas səbəb yeni Baş nazir Nikol Paşinyanla Qagin Çarukyanın qubernator təyinatlarında razılığa gələ bilməmələri olub. Belə ki, vilayətlərə yalnız öz adamlarını və ya hökumətinə loyalları təyin etmək istəyən Paşinyanın istəyinə qarşı Çarukyan çıxıb.

Ermənistan hökumətində yenidən gərginlik yaranıb.

Bu barədə məlumatı "Jamanak" qəzeti yayıb. Qəzetin iddiasına görə, gərginliyə əsas səbəb yeni Baş nazir Nikol Paşinyanla Qagin Çarukyanın qubernator təyinatlarında razılığa gələ bilməmələri olub. Belə ki, vilayətlərə yalnız öz adamlarını və ya hökumətinə loyalları təyin etmək istəyən Paşinyanın istəyinə qarşı Çarukyan çıxıb.

Tərəflər arasında əsas mübahisə Armavir və Sünik vilayətlərinə təyinatla bağlı olub. Çarukyan bloku nəzarətində olan bölgəyə təyinatı blokunun etməsini istəyir, lakin Paşinyan buna maneə yaradır.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gəldikdən sonra bütün vilayətlərin rəhbərlərini istefaya göndərmişdi. İndiyə qədər vakant yerlərin hamısına təyinat olub, yalnız Armavir və Sünik vilayətlərinin qubernatoru vəzifələri boş qalıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31