İspaniyanı qadınlar idarə edəcək: 17 nazirdən 11-i qadındır

İspaniyada yeni qurulan hökümətin böyük hissəsi qadınlardan ibarətdir.

İspaniyada yeni qurulan hökümətin böyük hissəsi qadınlardan ibarətdir.

Yeni baş nazir Pedro Sançezin də daxil olduğu hökümətdə 17 nazirdən 11-i qadındır. Sosialist İşçi Partiyasının nümayəndəsi olan 46 yaşlı Sançes yeni hökümət kabinetini müəyyənləşdirərək Kral VI Felipeyə təqdim edib və bu siyahını mətbuat konfransı ilə ictimaiyyətə açıqlayıb.

Baş nazirin köməkçisi, ədliyyə naziri, müdafiə naziri, iqtisadiyyat naziri kimi vacib mövqelərdə qadınlar qərarlaşıb.

Pedro Sançezin partiyası Təmsilçilər Məclisindəki 350 yerdən sadəcə 84-ünə sahibdir və yeni hökümətin qərar qəbulunda çətinlik çəkəcəyi gözlənilir.

Qeyd edək ki, ötən günlərdə sabiq nazir Mariano Raxoyparlamentdə etibar səsverməsindən keçə bilməmiş, istefa vermək məcburiyyətində qalmışdı.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31