Ermənistanda yenə konstitusiya islahatı keçiriləcək
Ermənistan konstitusiyasında yenidən islahat aparılacaq.
7 İyun 2018 12:20 DünyaErmənistan konstitusiyasında yenidən islahat aparılacaq.
Bu təşəbbüslə ölkə prezidenti Armen Sarkisyan çıxış edib.
Bildirilib ki, ölkə prezidentinin təşəbbüsü ilə hüquqşünaslardan ibarət İşçi Qrupu da yaradılıb. Onlar konstitusiyaya dəyişikliklər üzərində artıq işləməyə başlayıblar. Məlumata görə, İşçi Qrupu yeni konstitusiya üzərində bir aya yaxındır işləyir. Hələlik əsas qanunla bağlı referendumun keriləcəyi tarix məlum deyil.
Qeyd edək ki, Armen Sarkisyan hakimiyyətin fəaliyyətinin tarazlaşdırılması üçün konstitusiyada dəyişiklik olunmasını da bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31