Putinə 1 milyon 750 min sual ünvanlandı

Bu gün Moskva vaxtıyla saat 12-də Rusiya prezidenti Vladimir Putin canlı yayımda ölkə vətəndaşlarının suallarına cavab verəcək.

Bu gün Moskva vaxtıyla saat 12-də Rusiya prezidenti Vladimir Putin canlı yayımda ölkə vətəndaşlarının suallarına cavab verəcək.

Tədbir "Rossiya1", "Rossiya24", "ORT" telekanalları, "Mayak" radiostansiyası və "Rusiya Radiosu" ilə canlı yayımlanacaq.

Məlumata görə, artıq bu saatlaradək SMS, MMS, teleqram və telefon zəngləriylə Putinin ünvanına 1 milyon 750 min sual ünvanlanıb.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31