Baş nazir istefa verdi, polis bıçaqlandı – “Ərəb baharı” qayıtdı?

İordaniyada hökumətin vergi siyasətinə qarşı başladılan aksiyalar gərgin xarakter alıb. Ötən gecə baş tutan mitinq zamanı polis əməkdaşının bıçaqlanması hadisələri daha da alovlandırıb.

İordaniyada hökumətin vergi siyasətinə qarşı başladılan aksiyalar gərgin xarakter alıb.

Ötən gecə baş tutan mitinq zamanı polis əməkdaşının bıçaqlanması hadisələri daha da alovlandırıb.

Polisin bu günə qədər aksiyalara müdaxilə etməyib. Ancaq polis əməkdaşının bıçaqlamasından sonra təhlükəsizlik orqanlarına aksiyaya müdaxilə barədə göstəriş verilib. Bundan sonra etirazçılarla polis və jandarma qüvvələri arasında şiddətli qarşıdurma yaşanıb. Polis bir çox etirazçını döyərək həbs edib.

Xatırladaq ki, ölkədə yeni vergi qanunundan narazı qalan vətəndaşların genişmiqyaslı etiraz aksiyaları nəticəsində İordaniyanın Baş naziri Hani əl-Mülki istefa verdiyini açıqlamışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31