Tramp Kanadanı Ağ Evi yandırmaqda ittiham etdi

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudo ilə telefon danışığında Kanadanı 1814-cü ildə Ağ Evi yandırmaqda ittiham edib.  Tryudo Trampı tənqid edərək deyib ki, ABŞ milli təhlükəsizlik maraqlarının qorunması məqsədilə polad və alüminiuma rüsum tətbiq edib. Tramp isə cavab olaraq, "Məgər siz Ağ Evi yandıran öğlanlar deyilsiniz?", - deyib.

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudo ilə telefon danışığında Kanadanı 1814-cü ildə Ağ Evi yandırmaqda ittiham edib.

Tryudo Trampı tənqid edərək deyib ki, ABŞ milli təhlükəsizlik maraqlarının qorunması məqsədilə polad və alüminiuma rüsum tətbiq edib. Tramp isə cavab olaraq, "Məgər siz Ağ Evi yandıran öğlanlar deyilsiniz?", - deyib.

Dövlət başçısı 1812-1815-ci illərdə baş vermiş İngiltərə-ABŞ müharibəsinə əsaslanıb. Həmin vaxtlar britaniyalılar Ağ Ev və Kapitoli də daxil olmaqla, ABŞ-ın hökumət binalarını yandırıblar. Kanada həmin illərdə Britaniyanın müstəmləkəsi idi. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31