Putin: “Çinin dövlət başçısına hədiyyə aparacam”

Rusiya prezidenti Vladimir Putin 8-10 iyun tarixləri arasında Çinə səfər edəcək.

Rusiya prezidenti Vladimir Putin 8-10 iyun tarixləri arasında Çinə səfər edəcək.

Putin Çinin dövlət başçısı Si Tsinpinqə bir hədiyyə aparacağını, ancaq bu hədiyyənin nə olduğunu deməyəcəyini bildirib.

Putin 2016-cı ildə Çinə səfəri zamanı Siyə bir qutu dondurma aparıb. Bunu xatırladan jurnalistə Putinin cavabı belə olub:

"Bəli, bu dəfə də hədiyyə aparacam. O vaxt dondurma aparmışdım. Çünki o, rus dondurmasını xoşladığını demişdi. Mən də hədiyyə kimi aparmışdım. Bu dəfə isə nə aparacağımı demirəm. Sirr qalsın".

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31