Meksika millisinin futbolçuları 30 qadınla - FOTO
6 İyun 2018 17:53 DünyaMeksika millisi 2018-ci il dünya çempionatına hazırlaşır. "Qafqazinfo" xəbər verir ki, bu arada milli komandanın bir neçə futbolçusu şənlik təşkil edərək eskort agentliyindən 30 qadın dəvət edib.
Yerli mətbuatın məlumatına görə bu futbolçuların arasında Ektor Errera, Qilyermo Oçoa, Xesus Qalyardo, Xonatan və Covanni dos Santos, Xesus Korona, Raul Ximenes, Karlos Salsedo və Marko Fabian olub.
Qeyd edilən futbolçuların əksəriyyəti ailəlidir. Onların şənliyi 22 saat davam edir. Bu, Şotlandiya ilə yoldaşlıq oyunundan sonra baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31