Partiya lideri biabır oldu - Alt paltarında polisə getdi

Almaniyanın AfD (Almaniya üçün alternativ) partiyasının lideri Aleksandr Qauland göldə üzən zaman onun paltarını oğurlayıblar.

Bu barədə "Markcishe Allgemeine" məlumat yayıb.

Hadisə siyasətçi Potsdamdakı Heyliger gölündə üzən zaman baş verib. O, alt paltarında polisə getməli olub.

Olayın səbəbinə gəlincə, şahidlər bildirib ki, oğurluq zamanı cinayəti törədənlər "Potsdamdakı göldə nasistlərə yer yoxdur", - deyə qışqırıblar.

Hazırda polis şübhəliləri axtarırlar.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31