Lukaşenkonun keçmiş köməkçisi saxlanıldı
Belarusda ölkə prezidenti Alelsandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneyko saxlanılıb.
6 İyun 2018 17:24 DünyaBelarusda ölkə prezidenti Alelsandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneyko saxlanılıb.
O, böyük miqdarda rüşvət almaqda ittiham olunur.
Qeyd olunur ki, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları S.Rovneykonu 200 min dollar məbləğində rüşvət alarkən yaxalayıb.
Prezident A.Lukaşenko bu hadisəni şərh edərkən bildirib ki, keçmiş köməkçisi özünü əsl quldur kimi aparıb. Hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31