Pilotlar zədələnmiş təyyarəni xilas etdilər

Göyərtəsində 130 sərnişini olan ABŞ-ın “American Airlines” şirkətinə məxsus təyyarə fırtınaya düşüb və burun hissəsindən ciddi zədə alıb.

Göyərtəsində 130 sərnişini olan ABŞ-ın "American Airlines" şirkətinə məxsus təyyarə fırtınaya düşüb və burun hissəsindən ciddi zədə alıb. 

Olaylar.az "Haberler"ə istinadən xəbər verir ki, Texas ştatının San-Antonio şəhərindən Arizonanın Finiks şəhərinə uçan layner təcili eniş etməli olub. 

Təyyarə havaya qalxdıqdan 1 saat sonra fırtınaya düşüb.

El-Paso şəhərində təcili eniş edən təyyarədə, hadisə zamanı xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31