NATO-nun yeni komanda mərkəzləri bu ölkələrdə yerləşəcək

NATO yeni komandan mərkəzlərinin yerləşəcəyi ölkələrin adlarını açıqlayıb.

NATO yeni komandan mərkəzlərinin yerləşəcəyi ölkələrin adlarını açıqlayıb.

Bu barədə keçirilmiş mətbuat konfransında NATO rəhbəri Yens Stoltenberq bəyanat verib.

Stoltenberq NATO-nun dəniz komandanlığı ABŞ-da, loqistika üzrə komandanlığı isə Almaniyada yerləşəcəyini bildirib.

"Biz ABŞ-da Atlantik dənizi üzrə yeni dəniz komandanlığını və Almaniyada isə yeni logistik komandanlığını genişləndirəcəyik və təsdiqləyəcəyik" - Stoltenberq bəyan edib.

O həmçinin NATO-nun 2020-ci il üçün planlarını da açıqlayıb.

Stoltenberq NATO-nun "4X30" təşəbbüsünün təsdiqləndiyini də bildirib. Yeni təşəbbüsə əsasən NATO- 2020-ci il üçün 30 tabor, 30 döyüş gəmisi və 30 aviasiyanın 30 günə tam döyüş hazırlığı vəziyyətinə gətirəcək.

Qeyd edək ki, NATO rəhbəri həmçinin ABŞ-la digər üzvlər arasında əsasən İranla nüvə razılaşması kimi bir çox digər fikir ayrılıqlarının alyansın birliyinə təsir etmədiyinin müşahidə olunduğunu bildirib.

Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31