Sinqapurun XİN başçısı Şimali Koreyaya səfər edəcək

Sinqapurun xarici işlər və qanunverici məsələlər üzrə naziri Vivian Balakrişnan iyunun 7-8-də Şimali Koreyaya səfər edəcək.

Sinqapurun xarici işlər və qanunverici məsələlər üzrə naziri Vivian Balakrişnan iyunun 7-8-də Şimali Koreyaya səfər edəcək.

Məlumatı iyunun 6-da Sinqapurun Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, səfər Şimali Koreyanın xarici işlər naziri Li Yon Xonun dəvəti əsasında gerçəkləşəcək: "Nazir Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvləri və Ali Xalq Toplantısı (parlament- "Report") Rəyasət Heyətinin sədri Kim Yon Namla görüşəcək".

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreyanın lideri Kim Çen In arasında görüş olacaq.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31