Rianna ərəb nişanlısından ayrıldı: Kişilərdən yorulmuşam!
Məşhur amerikalı müğənni əslən Barbadosdan olan Rianna sevgilisindən ayrılıb.
6 İyun 2018 16:37 DünyaMəşhur amerikalı müğənni əslən Barbadosdan olan Rianna sevgilisindən ayrılıb.
30 yaşlı müğənni ötən ilin ortalarından bəri Səudiyyə Ərəbistanından olan milyarder, 29 yaşlı Həsən Əbdül Lətif Cəmillə birlikdə idi.
Onlar İbisa kurortunda tanış olmuşdular. Dekabr ayında isə Rianannanın barmağında artıq iri brilyant qaşlı nişan üzüyü vardı.
İndisə Rianna nişanlısından ayrılıb.
"Hər şey bitdi! Kişilərdən yorulmuşam. Sadəcə, yorulmuşam", - Rianna rəfiqələrinə deyib.
Milli.Az TMZ-yə istinadən bildirir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31