ABŞ rəsmisindən Türkiyə və Rusiya yaxınlaşmasına dair AÇIQLAMA
Türkiyənin Rusiyadan “Su-57” qırıcısı kimi yüksək texnologiyalı hərbi texnika almaq planı, bu ölkənin beşinci nəsil “F-35” qırıcıları layihəsində gələcək iştirakını sual altına alır.
6 İyun 2018 16:13 DünyaTürkiyənin Rusiyadan "Su-57" qırıcısı kimi yüksək texnologiyalı hərbi texnika almaq planı, bu ölkənin beşinci nəsil "F-35" qırıcıları layihəsində gələcək iştirakını sual altına alır.
Bunu ABŞ dövlət katibinin köməkçisi Uess Mitçelbildirib.
"F-35-ə gəlincə... Onlar Rusiyanın yüksək texnologiyalı silahlarına doğru səmt tutsalar, bu bilavasitə onların ABŞ hərbi layihələrində iştirakına təsir göstərəcək", - deyə sözçü "Heritage" fondunda etdiyi çıxışda bildirib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, ABŞ-ın razılaşmada göstərilən müddətdə Ankaraya "F-35" qırıcı-bombardmançılarını təhvil verməyəcəyi təqdirdə, Türkiyənin alternativ olaraq Rusiya qırıcılarının tədarükünü nəzərdən keçirəcəyini bildirmişdi.
Cebhe.info