"Barselona"lı futbolçunun evi qarət olundu
İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike və həyat yoldaşı Şakiranın mənzili qarət olunub.
6 İyun 2018 16:00 Dünyaİspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike və həyat yoldaşı Şakiranın mənzili qarət olunub.
Cinayətkarlar cütlüyün evindən zinət əşyaları, saatlar və bəzək əşyaları götürüblər.
Oğrular hadisə zamanı evdə heç bir iz qoymayıblar. Bu isə hüquq-mühafizə orqanlarının işinə çətinlik yaradıb.
Pike İspaniya milli komandasının düşərgəsində olduğu üçün evdə olmayıb. Onun həyat yoldaşı Şakira isə Almaniyada qastroldadır. Pike soyğunçuluğa görə polisə müraciət edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31