Netanyahu Makronla razılığa gələ bilmədi

İsrailin baş naziri Binyamin Netanyahu İrana qarşı sərt siyasət yeritmək məsələsində Fransa prezidenti Emmanuel Makronla razılığa gələ bilməyib.

İsrailin baş naziri Binyamin Netanyahu İrana qarşı sərt siyasət yeritmək məsələsində Fransa prezidenti Emmanuel Makronla razılığa gələ bilməyib. 

Makron və Netanyahu görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Konfransda açıqlama verən Makron, görüşdə regional məsələləri müzakirə etdiklərini bildirib: "Netanyahuya bir daha dedim. Avropalı müttəfiqlərimizin də düşündüyü kimi bölgədəki balistik raket proqramına nəzarət etmək üçün İranla nüvə razılaşmasına sadiq qalmağa davam etmək lazımdır".

Onun sözlərinə görə, 2025-ci ildən sonra İran nüvə sazişi üzərində yenidən işləmək lazımdır.

SİA 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31