Dağıstan DİN-in vəzifəli şəxsi rüşvət aldığına görə saxlanılıb
6 İyun 2018 14:59 DünyaDağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyinin təhlükəsisizlik rəisi Maqomed Xizriyev və onun polisdə yüksək vəzifənin "satışı" işi üzrə 6 milyon ABŞ dolları rüşvət verməkdə şübhəli bilinən 5 əlbiri Moskvada saxlanılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlar vasitəçi ilə vəzifəli şəxsə külli miqdarda rüşvət vermək və rüşvət verilməsinə vasitəçilik etmək maddələri üzrə cinayət törətməkdə şübhəli bilinirlər.
İstintaqın versiyasına görə, 2017-ci ilin yazında Xizriyev əlbir olduğu şəxslərə əvvəlcədən razılaşdırılmış rüşvətin bir hissəsini - 2 milyon ABŞ dolları məbləğində nağd pul verib. Qanunsuz mükafatlandırmanın ümumi məbləği isə 6 milyon ABŞ dollar olub.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31