Paşinyan Sərkisyanı məhv edir: 6-cı deputat da ayrıldı

Erməni oliqarxlar Respublika Partiyasını tərk etməyə başlayıblar.

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra bu oliqarxlara qarşı başlayan kampaniya effekt verməyə başlayıb. Belə ki, yeni hökumət Respublika Partiyasının həm parlamentdə, həm də biznesdə mövqelərini zəiflədə bilib. Nəticədə partiya artıq gəlir imkanlarının böyük hissəsini itirmək təhdidi ilə üz-üzə qalıb.

SAS supermarketlər şəbəkəsinin sahibi Artak Sərkisyandan sonra daha bir oliqarx Respublika Partiyasını tərk edib. Partiyanı tərk edən şəxs Samvel Aleksanyandır. Bununla Respublika Partiyasını tərk edən deputatların sayı 6-ya çatıb. Nəticədə partiyanın parlamentdəki deputatlarının sayı 46-ya düşüb.

Qeyd edək ki, Paşinyan baş nazir seçildikdən sonra Respublika Partiyasının daha çox biznesmen olan deputatlarına qarşı təqiblərə başlayıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31