3 liderdən Trampa məktub: İrana qarşı...

Almaniya, Fransa və Britaniya maliyyə və xarici işlər nazirləri ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin və Dövlət katibi Mayk Pompeoya məktub ünvanlayıblar.

Məktubda ABŞ-ın Tehrana qarşı sanksiyalarının İranla qurulan ticarət əlaqələrini yox edəcəyi açıqlanıb. Nazirlər bildirib ki, bu, Avropanın təhlükəsizliyinə də təhdid yaradır:

"ABŞ-ın sanksiyaları Avropa dövlətlərinin təhlükəsizliyinə də təsir edəcək. Müttəfiq kimi hesab edirik ki, ABŞ Avropanın təhlükəsizlik maraqlarına zidd addımlardan çəkinsin".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31