İran deputatı sərhəddə: “Buranı Ermənistan işğal edib”
Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Araz çayı kənarında yerləşən Xudafərin kəndində olub.
6 İyun 2018 13:45 DünyaGüney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Araz çayı kənarında yerləşən Xudafərin kəndində olub.
Tarixi Xudafərin körpüsünü (Həsrət körpüsü) ziyarət edən N.Qazipur öz instaqram səhifəsində Xudafərin körpüsündə çəkdiyi şəkli paylaşaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını pisləyib:
"Gördüyünüz şəkil Azərbaycanın Qarabağ bölgəsinə aiddir. Ermənistan tərəfindən işğal olunmuş Xudafərin kəndi və körpüsü. Şəkil 2018-ci il iyunun 4-də çəkilib", - deyə o öz səhifəsində yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31