Sinqapurda KXDR-ABŞ sammiti zamanı aviasiya uçuşlarına məhdudiyyət qoyulacaq
KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Trampın planlaşdırılan görüşü zamanı Sinqapur hökuməti ölkə üzərindən hava nəqliyyatının hərəkətinə məhdudiyyətlər qoyacaq.
6 İyun 2018 12:45 DünyaKXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Trampın planlaşdırılan görüşü zamanı Sinqapur hökuməti ölkə üzərindən hava nəqliyyatının hərəkətinə məhdudiyyətlər qoyacaq.
Bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ABŞ-ın Federal Aviasiya İdarəsi məlumat yayıb. Onların bildirdiyinə görə, iyunun 11-dən 13-dək bəzi vaxtlarda Sinqapurun hava məkanı bağlanacaq. Bu ölkəyə uçan təyyarələr də "milli təhlükəsizlik səbəbindən" uçuş-eniş zolağında bir sıra çətinliklərlə üzləşəcək.
Xatırladaq ki, əvvəlcə sammitin ləğv olunduğu barədə Kim Çen Ina məktub göndərən Donald Tramp sonradan görüşün nəzərdə tutulan vaxtda - iyunun 12-də Sinqapurda keçiriləcəyini bildirmişdi.