“Apple”dan “Facebook” qadağası
6 İyun 2018 12:38 Dünya"Apple" "Facebook"da yeni qadağalar tətbiq edəcəyini açıqlayıb.
Bu barədə "Apple" şirkətinin rəsmisi Kraiq Federiqi məlumat verib. O, "Apple" şirkətinin brauzer proqramı olan "Safari" ilə bağlı məhdudiyyətlərin tətbiq olunacağını deyib. Belə ki, artıq "Safari"də "Facebook" və digər üçüncü proqramların plaginlərindən istifadə etmək mümkün olmayacaq.
Yəni digər istifadəçilər artıq sizin "Facebook"da hansı əməliyyatları həyata keçirdiyinizi bilməyəcək. Bəyəndiyiniz və ya rəy bildirdiyiniz paylaşımlar dostlarınızın səhifəsində görünməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31