Sincarda PKK və Haşdi-Şabi toqquşdu - atışma

İraqın Mosul vilayətinin Sincar mahalında Haşdi-Şabi milisləri ilə PKK terror qruplaşmasının qolu hesab olan YBŞ yaraqlıları arasında şiddətli atışma baş verib.

İraqın Mosul vilayətinin Sincar mahalında Haşdi-Şabi milisləri ilə PKK terror qruplaşmasının qolu hesab olan YBŞ yaraqlıları arasında şiddətli atışma baş verib.

Bu barədə Sincardakı peşmərgə komandirlərindən Qasım Şeşo danışıb.

"Hər an atışmaların təkrarlanmaq ehtimalı var. Gərginlik davam edir", - Şeşo bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, qısa müddət davam edən qarşıdurmanın ardından axşam saatlarında çox sayda YBŞ döyüşçüsü və tərəfdarlarından ibarət bir qrup Sincarın mərkəzi meydanında toplanıb. İraq ordusu bu qrupu dağıtmağa çalışıb, iki YBŞ komandiri həbs edilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31