Qarabağ separatçıları parçalanır: ikinci şəxs istefa verdi

Qarabağ separatçılarının “dövlət naziri” Araik Arutyunyan istefaya gedib. Bu barədə informasiyanı separatçıların əldəqayırma “nazirlər kabineti” yayıb. Arutyunyan istefasının səbəblərini bu gün 15:00-da açıqlayacaq.

Qarabağ separatçılarının "dövlət naziri" Araik Arutyunyan istefaya gedib.

Bu barədə informasiyanı separatçıların əldəqayırma "nazirlər kabineti" yayıb. Arutyunyan istefasının səbəblərini bu gün 15:00-da açıqlayacaq.

Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin "baş naziri" olub. O, Bako Saakyandan sonra Qarabağ separatçılarının 2-ci şəxsi hesab edilib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31