Vaşinqton Suriya və Şimali Koreya liderlərinin mümkün görüşündən narahatdır

Rəsmi Vaşinqton Suriya prezidenti Bəşər Əsədlə KXDR lideri Kim Çen Inın görüşə biləcəyindən narahatdır. Bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Rəsmi Vaşinqton Suriya prezidenti Bəşər Əsədlə KXDR lideri Kim Çen Inın görüşə biləcəyindən narahatdır.

Bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.

KXDR-in "Nodon Sinmun" partiyasının qəzetinin yazdığına görə, Suriya prezidenti Bəşər Əsəd Şimali Koreyaya səfər edə bilər.

Qeyd edək ki, ABŞ və KXDR liderləri iyunun 12-də Sinqapurda keçiriləcək sammit çərçivəsində görüşəcəklər.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31