Türkiyə Süleyman Şah Türbəsini əvvəlki yerinə qaytarır

Türkiyə 2015-ci ilin fevralında “Şah Fırat” əməliyyatı ilə başqa əraziyə köçürdüyü Süleyman Şah Türbəsini əvvəlki yerinə qaytarır. Köçürülmə əməliyyatı PKK-nın Suriyanın Münbiç bölgəsindən çıxmasından sonra baş tutacaq. Hazırda Suriyanın Əşmə kəndinə qorunan türbə terrorçuların geri çəkilməsindən sonra Karakozak bölgəsindəki yerinə qaytarılacaq.

Türkiyə 2015-ci ilin fevralında "Şah Fırat" əməliyyatı ilə başqa əraziyə köçürdüyü Süleyman Şah Türbəsini əvvəlki yerinə qaytarır.

Köçürülmə əməliyyatı PKK-nın Suriyanın Münbiç bölgəsindən çıxmasından sonra baş tutacaq.

Hazırda Suriyanın Əşmə kəndinə qorunan türbə terrorçuların geri çəkilməsindən sonra Karakozak bölgəsindəki yerinə qaytarılacaq.

Xatırladaq ki, Türkiyə 2015-ci ilin fevralında İŞİD təhlükəsinə görə, türbəni Suriyanın Hələb vilayətindəki Əşmə kəndinə köçürüb.

Qeyd edək ki, ABŞ-la Türkiyə arasında əldə olunmuş razılığa görə, PKK Suriyanın şimalındakı Münbiçi tərk edəcək. Həmin ərazidə Türkiyə 6, ABŞ isə 5 müşahidə postu quracaq. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31