Tbilisi sakinləri nəqliyyat böhranının girovuna çevrilib

Gürcüstanda ikinci gündür ki nəqliyyatın hərəkəti iflic olub.

Gürcüstanda ikinci gündür ki nəqliyyatın hərəkəti iflic olub. 

Metro maşinnistləri bu gün küçələrə çıxıblar. Onlar əmək haqlarının artmasını tələb edirlər. 

Tbilisi meriyası problemi aradan qaldırmaq üçün xəttə əlavə avtobuslar buraxsa da, bu kömək etməyib. 

Yeraltı nəqliyyatı əvəz etmək  çox çətindir. Gün ərzində Tbilisi metrosundan 400 mindən çox insan istifadə edir. Bundan başqa, metro ən ucuz nəqliyyat növüdür. 23 stansiyadan ibarət metrodan tələbələr, məktəblilər, təqaüdçülər və müəllimlər istifadə edir. 

Yeraltı nəqliyyatın fəaliyyətinin nə vaxt bərpa ediləcəyi məlum deyil. Tətilçilər hazırda 400-500 dollar olan maaşlarının 45 faiz qaldırılmasını tələb edirlər. 

Tbilisi meri Kaxa Kaladze ilə ötən axşamkı görüş də nəticəsiz qalıb. O bəyan edib ki, büdcədə pul yoxdur və maaşlar qalxmayacaq. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31