ABŞ OPEK-ə neft hasilatını artırmağı təklif edib
5 İyun 2018 18:04 DünyaABŞ OPEK ölkələrinə neft hasilatını sutkada 1 milyon barelədək artırmağı təklif edib.
Bu təklif bir neçə gün əvvəl Küveytdə ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda səsləndirilib.
Buna səbəb kimi ABŞ-da benzin qiymətlərinin yüksəlməsi göstərilib. Vaşinqton benzinin qiymətinin azalması üçün neftin ucuzlaşmasının zərurətini vurğulayıb.
Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp OPEK-i neft qiymətlərini süni şəkildə qaldırmaqda ittiham etmişdi.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31