Hamının sevimlisi sarı transformer geri qayıdır: Bumblebee filminin ilk traileri
5 İyun 2018 17:57 Dünya1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyində özünə sığınacaq tapır. Charlie adlı qızın 18 yaşı tamam olmaq üzrədir və o, həyatdakı öz yerini axtarır. Nəticədə məhz Charlie Bumblebee-ni tapır. Lakin sonradan ona aydın olur ki, bu heç də sadə Volkswagen avtomobili deyil. Rejissoru Travis Knight-ın olduğu filmdə baş rolları Hailee Steinfeld, John Cena, Martin Short, Pamela Adlon, Megyn Price və digərləri canlandırıblar. Bumblebee filminin premyerası bu ilin Dekabr ayında baş tutacaq.
Technote
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31