Ermənistanın Baş Qərargah rəisi Qarabağa gəlib
5 İyun 2018 17:13 DünyaErmənistanın Baş Qərargah rəisi Artak Davtyan bu gün işğal altında olan Qarabağa gəlib.
Qondarma rejimin "lideri" Bako Saakyan Artak Davtyanla görüşüb. Saakyan Davtyanı məsul vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona məhsuldar iş arzulayıb.
Separatçı rejimin hərbi birləşmələrinin komandiri Levon Mnatsakanyanla görüşən Davtyan, cəbhə xəttində yerləşən mövqelərdən birinə baş da çəkib.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31