Tbilisi metrosunun 140 işçisi aclıq aksiyasına başlayıb

Tbilisi metrosunun 500-ə yaxın işçisi iyunun 4-də başlayan etiraz tətilinə qoşulub.

Tbilisi metrosunun 500-ə yaxın işçisi iyunun 4-də başlayan etiraz tətilinə qoşulub. 

Bunu "Ertoba2013" Metro Maşinistlərinin Həmkarlar Təşkilatından bildiriblər. 

Məlumata görə, işçilərdən 140-ı aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, iyunun 4-dən Tbilisi metrosunun maşinstləri əmək haqqlarının artırılması tələbi ilə tətilə başlayıblar. Onlar tələbləri yerinə yetirliməyənədək işə çıxmayacaqlarını bildiriblər. Maşinsitlər maaşlarının 45 faiz artırılmasını tələb edirlər.

Xatırladaq ki, tətilin təşkilatçısı "Ertoba2013" Metro Maşinistlərinin Həmkarlar Təşkilatıdır. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31