Mövlud Çavuşoğlu: “İyulda Türkiyə-ABŞ İşçi Qrupunun ikinci toplantısı keçiriləcək”
“İyulda Türkiyə-ABŞ İşçi Qrupunun ikinci toplantısı keçiriləcək”.
5 İyun 2018 14:20 Dünya"İyulda Türkiyə-ABŞ İşçi Qrupunun ikinci toplantısı keçiriləcək".
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə keçirdiyi görüşün yekununa dair təşkil etdiyi mətbuat konfransında bildirib.
"Menbiçlə bağlı təsdiqlədiyimiz yol xəritəsi ilə bağlı heyətlərimiz hazırlıq toplantısı keçirəcək. Bundan sonra həmin sənəddə qeyd olunanları tətbiq etməyə çalışacağıq. Hazırlıq işləri on gün ərzində başlayacaq. YPG-dən (PKK/YPG-PYD nəzərdə tutur - "Report") silahlar alınacaq", - nazir bildirib.
Onun sözlərinə görə, yol xəritəsi 3 mərhələli olacaq: "İkinci mərhələdə YPG bölgədən çıxacaq. Üçüncü mərhələdə isə bölgə yerli sakinlərin idarəetməsinə veriləcək.