Çarukyan Moskvada kimlərlə görüşür? – Nikola qarşı plan

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bəzi qüvvələr Rusiya ilə əlaqələrini gücləndirməyə çalışır. Xüsusilə Paşinyanın qərbyönlü siyasətçi olduğu haqda ehtimallar gücləndikcə Kreml də Ermənistandakı müxakif partiya liderləri ilə təmaslarını sıxlaşdırıb.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bəzi qüvvələr Rusiya ilə əlaqələrini gücləndirməyə çalışır.

Xüsusilə Paşinyanın qərbyönlü siyasətçi olduğu haqda ehtimallar gücləndikcə Kreml də Ermənistandakı müxakif partiya liderləri ilə təmaslarını sıxlaşdırıb.

Rusiyayönlü siyasətin müdafiəçisi olan iş adamı Çarukyan son bir ayda artıq ikinci dəfə (ilk səfəri parlamentdəki birinci baş nazir seçkisindən iki gün öncə baş tutmuşdu - red.) Moskvaya səfər edib. "Jamanak" qəzetinin iddiasına görə, iki gündür Moskvada olan Çarukyan Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşlər keçirib və yeni hökumətdə blokunun dəstəklənməsini istəyib.

Çarukyanla bərabər Respublika Partiyası da Moskva ilə əlaqələrini sıxlaşdırmağa başlayıb. Respublikaçılar Rusiyanı onlarsız Ermənistanı idarə edə bilməyəcəklərinə inandırmağa çalışırlar.

Qeyd edək ki, Nikol Paşinyan baş nazir seçildikdən xüsusilə oliqarxlara qarşı hücuma keçib. Paşinyanın hücuma keçdiyi şəxslər sırasında məşhur iş adamı Qagik Çarukyan da yer alıb.

Paşinyanla Çarukyan arasındakı münasibətlərin gərginliyi uzun müddətə dayanır. Belə ki, Paşinyan bir neçə il əvvəl avtomobilinin partladılmasında Çarukyanı ittiham etmiş və onu özünə qarşı sui-qəsd hazırlamaqda günahlandırmışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31