Mnasakanyan Lavrovla görüş üçün Moskvaya gedir

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan sabah Moskvaya yola düşəcək.

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan sabah Moskvaya yola düşəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Toqran Balayan deyib.

Balayan bildirib ki, Mnasakanyan Rusiya xarici işlər naziri Serqey Lavrovun dəvəti ilə 6-7 iyunda Moskvada işgüzar səfərdə olacaq.

Səfər zamanı Mnasakanyan Lavrovla yanaşı, Rusiya parlamentinin deputatları və Moskvadakı erməni tələblərlə görüş keçirəcək.

Mnasakanyan 11 iyunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün Almatıya gedəcək.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31