"Bu ölkələr asteroid apokalipsisi ilə üz-üzə qalacaq" - Alimlərdən proqnoz
5 İyun 2018 13:34 DünyaKolumbiyanın planetoloqları dünyanın bütün ərazilərinə asteroid düşmə ehtimalını hesablayıblar.
Nəticələrə əsasən, Afrika, Asiya və Amerikanın ekvatorial ölkələri asteroid təhlükəsi ilə ən az üzləşən ölkələr olacaq. Şimali Rusiya və Avropa ölkələrində isə bu təhlükə maksimum həddə çatıb.
Son bir neçə onillikdə alimlər asteroidlərin yerə düşmə aktivliyini müşahidə edirlər. Alimlər bu təbiət hadisəsinin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu anlamağa çalışırlar. Yerdən kənar məkanda asteroidlər o qədər çoxdur ki, astronomlar onların Yerə düşmə ehtimalını qiymətləndirmək üçün xüsusi şkalalar hazırlayıblar.
Bu gün ən çox istifadə edilən iki şkala-Palerma və Yurin şkalaları mövcuddur. Hər iki üsul ilə asteroidin düşmə və partlama gücü ölçülür. Amma bu hadisədən sonra fəsadları barədə heç bir hesablama yoxdur.
Kolumbiyanın Antyoki universitetinin alimi Xorxe Suluaqa deyir ki, Son əsr ərzində bəşəriyyət iki nəhəng asteroidin düşdüyünü görüb. Söhbət Çelyabinsk və Tunqus asteroidlərindən gedir. Digər asteroidlərdən fərqli olaraq bu asteroidlər dənizdə yox, quruda partladı. Nəticə olaraq yüzlərlə insan bu partlayışların qurbanı olub. Maraqlıdır ki, bu iki partlayışın episentri bir-birindən 2300 km məsafədə yerləşir. Bu iki hadisə alimləri Yer kürəsinin hansı ərazilərinin daha çox asteroid yağışına məruz qalacağı barədə araşdırmaya sövq edib.
Yer planeti Günəş sisteminin yeganə planeti deyil. Sistemdə başqa planetlər, iri və kiçik asteroidlər var. Bu səbəbdən "kosmik qonaqlar" Yerə də səfər edəcək. Alimlər Günəş sisteminin yeni bir modelini hazırlayıblar. Bu modelə əsasən asteroidlər günəş şüası rolunu oynayırlar və Yerə doğru hərəkət edirlər.
Məlum olub ki, asteroidlər ekvatorial və tropik regionları daha az təhdid edirlər. Şimal yarımkürəsi isə asteroid yağışına daha çox ev sahibliyi edəcək. Digər tərəfdən vaxt keçdikcə planetə düşən asteroidlərin tezliyi dəyişəcək. Bunun nəticəsində isə planetin hər regionu kosmik daşın qurbanına çevriləcək.
Olke.az