MHP-li deputatdan Ərdoğanla bağlı bədbin proqnoz

2019-cu ildə Milliyətçi Hərəkat Partiyasının 50 yaşı tamam olacaq. Amma hələ də MHP-nin prezidentliyə namizədi yoxdur. Bizim bunu qəbul etməyimiz mümkün deyil. Bunu “Sözcü” qəzetinə müsahibəsində Milliyətçi Hərəkat Partiyasından olan deputat Atilla Qaya deyib. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan bu seçkidə birinci turda qələbə qazana bilməsə, seçkini uduzacaq.

2019-cu ildə Milliyətçi Hərəkat Partiyasının 50 yaşı tamam olacaq. Amma hələ də MHP-nin prezidentliyə namizədi yoxdur. Bizim bunu qəbul etməyimiz mümkün deyil.

Bunu "Sözcü" qəzetinə müsahibəsində Milliyətçi Hərəkat Partiyasından olan deputat Atilla Qaya deyib. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan bu seçkidə birinci turda qələbə qazana bilməsə, seçkini uduzacaq.

Qeyd edək ki, bundan öncə Qaya MHP-nin hakim AKP ilə prezident və parlament seçkisində ittifaq yaratmasına etiraz olaraq, Dövlət Baxçalının müavini vəzifəsindən imtina edib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31