14 yaşlı qızı hamilə qoyan şəxsin ifadəsi dəhşətə gətirdi: Bilsəydim ...
5 İyun 2018 12:22 DünyaBu yaşda bir qızla evlənməyin Türkiyədə cinayət olduğunu bilsəydim, evlənməzdim.Milli.Az -a istinadən xəbər verir ki, bunu Adanada 14 yaşlı suriyalı qızla birlikdə yaşayan həmyerlisi məhkəmədəki ifadəsi zamanı deyib. Onun bu açıqlaması zaldakıları dəhşətə gətirib.Şübhəli 19 il, 9 ay, 15 gün azadlıqdan məhrum edilib..Azadlıqdan məhrum edilən Cerruh, E.Ş. ilə 2,5 il öncə Suriyada dini nikahla evləndiyini deyib: "Mən 4 ildir Türkiyədəyəm. Suriyaya gedib, evlənib yenidən qayıtdım. Mən, onsuz da, Suriyada evləndim. Suriyada 14 yaşında qız almaq olar".Cerruhdan şikayətçi olmayan E.Ş. isə 2017-ci ildə imam nikahı ilə ailə qurduqlarını qeyd edib: "Ərim ilə öz və ailəmin razılığıyla evləndim. 5 aylıq hamiləyəm" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31